lider-media.az

AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Baxış: 178 Tarix: 11-12-2024, 20:57

 AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, institut və təşkilatlarının rəhbərləri, gənc alimləri müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi