lider-media.az

Azərbaycan Üzgüçülük Federasiyası əməkdaşlıq memorandumu imzalayıb

Baxış: 494 Tarix: 11-12-2024, 11:21

Azərbaycan Üzgüçülük Federasiyası qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə idmançıların və məşqçilər heyətinin psixoloji, fiziki və zehni sağlamlığını dəstəkləmək, onların şəxsi və peşəkar inkişafını təşviq etmək məqsədilə ölkənin aparıcı psixoloji və kouçinq mərkəzi olan "İnsun" Yaşam Mərkəzi ilə razılaşma əldə olunub. Sənədə əsasən federasiyanın tərkibində olan su idman növləri ilə məşğul olan milli komandanın üzvləri bu mərkəzdə davamlı olaraq xüsusi seminar və seanslarda iştirak edəcək, yarışlar öncəsi psixoloji durumlarının daha da yaxşılaşdırılması üçün xüsusi təlimlər keçəcəklər. 
Əməkdaşlıq memorandumunun imzalanması mərasimində "İnsun" Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə və baş katib Fəxri Həsənov iştirak edib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi