lider-media.az

Baş Prokurorluqda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib

Baxış: 478 Tarix: 11-12-2024, 08:04

  Cari ilin noyabr ayının 25-dən dekabrın 6-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin “Distant tədris” platforması üzərindən təşkil edilmiş “Ətraf mühitin mühafizəsi və ekoloji hüquqpozmalarla mübarizə” mövzusunda təlimin dinləyiciləri onun bütün tədris mərhələlərini müvəffəqiyyətlə bitiriblər. 

  Elektron mühazirə formatında keçirilmiş tədbir çərçivəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan xətalara görə inzibati icraatın xüsusiyyətləri və ekoloji cinayətlərə görə cinayət təqibinin metodikası tədris edilib, dinləyicilərə qeyd olunan sahədə ölkəmizdə görülmüş geniş miqyaslı tədbirlər və xüsusi mühafizə olunan təbiət əraziləri, habelə fəaliyyət göstərən beynəlxalq və yerli təşkilatlar barədə məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi