lider-media.az

Politoloq: “Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri neytrallaşıb”

Baxış: 212 Tarix: 10-12-2024, 23:56

“Türkiyə Ermənistana sülh müqaviləsinin bağlanması üçün ciddi təzyiqlər edəcək. Ermənistan Baş naziri Nikol Paşinyan sülhü gecikdirməsi Ankaranın regional siyasətini təhdid edir. Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələrin sərhəddə görüşü bu xüsusdadır. Ermənistan "Müstəqillik Bəyannaməsindən"  Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır və digər şərtlərdən geri çəkilməli, Zəngəzur dəhlizini açmalıdır”. 

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“İranın da prosesdə rolu zəifləyib. Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri neytrallaşıb. Ermənistan Baş naziri N. Paşinyanın Fransa prezidenti E. Makrona arxalanmasi isə, öz hakimiyyətinin itirilməsi ilə nəticələnə bilər. Regionda əsas söz sahibi Türkiyədir. Vaxt Ermənistan hakimiyyətinin əleyhinə işləyir.

Prezident  İlham Əliyev Türkiyə həmkarı R. T. Ərdoğanla Suriya məsələsində danışıqlar aparsada. Ermənistan Azərbaycan sülh müqaviləsi ilə bağlı müəyyən qərarlar qəbul edilməsi istisna deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi