lider-media.az

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Baxış: 132 Tarix: 10-12-2024, 19:41

 Dekabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların müraciətləri, əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaqdır. Qəbulda iştirak edən keçmiş məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını və o yerlərin dirçəldilməsinə töhfə verəcəklərini bildiriblər. Eyni zamanda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri qrafikə uyğun aparılır, soydaşlarımızın rahat və təhlükəsiz yaşayışının təmin olunması üçün bütün zəruri tədbirlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini daim diqqətdə saxladığı qeyd olunub. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi