lider-media.az

Korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

Baxış: 148 Tarix: 10-12-2024, 16:01

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin birgə təşkilatçılığı ilə kollecin bir qrup müəllim və tələbə heyəti üçün korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması, antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə təlim keçirilib.Təlim müddətində iştirakçılara korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və görülmüş tədbirlər, korrupsiya ilə əlaqədar hüquqpozmalar və onların subyektləri, bu növ hüquqpozmaların aşkar edilməsi və digər məsələlər ətrafında geniş məlumat verilib. İnteraktiv formatda keçirilən təlimdə iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi