lider-media.az

Həştərxan vilayətinin qubernatoru və nümayəndə heyəti Qubadlıda

Baxış: 18 Tarix: 10-12-2024, 12:58

Nümayəndə heyəti hava limanı ilə tanışlıqdan sonra Qubadlı rayonunun Mahruzlu kəndində Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilən uşaq bağçasında görülən işlərə baxış keçirib.

Məlumat verilib ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Qubadlı rayonunda da tikinti-quruculuq işləri görülür. Hazırda yenidən qurulan Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40,27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi və mərasim zalının inşası nəzərdə tutulub.

Vurğulanıb ki, üç korpus və iki mərtəbədən ibarət olacaq 80 yerlik uşaq bağçasının Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilməsi sevindirici haldır və qonşu Rusiya dövlətinin Azərbaycanla sıx dostluq münasibətinin bariz nümunəsidir.

Qonaqları səfərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayiət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi