lider-media.az

DİN: Kiberdələduzluq hallarına qarşı diqqətli olaq!

Baxış: 355 Tarix: 10-12-2024, 10:15

Kiber üsullarla törədilən oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da genişləndirilməsi, bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silsilə tədbirlər təşkil edilib. Bu mövzuda xəbərdarlıqlar əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında asılıb, sakinlərə paylanıb. Polis əməkdaşları tərəfindən bir daha diqqətə çatdırılıb ki, vətəndaşlar sosial şəbəkələrdə, saxta sayt və səhifələrdəki şirnikləndirici vədlərə aldanmamalı, onlayn yolla rastlaşdıqları və almaq istədikləri məhsul və əmlaka baxış keçirmədən beh verməməlidirlər. Şübhəli linklərə keçid edilməməli, mobil cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır. Hər bir vətəndaş veb-saytlardakı zərərverici proqramlarla təchiz edilmiş reklamlara qarşı diqqətli olmalıdır. Heç bir halda bank və şəxsi məlumatlar qarşı tərəfə ötürülməməlidir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi