lider-media.az

Zəfərin ünvanı-Azərbaycan! Zəfərin mübarək, can Azərbaycan!

Tarix: 10-12-2024, 08:52

  2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında xalqımız Zəfər paradı ilə Vətən müharibəsindəki qələbəsinin bir daha sevincini yaşadı.  30 ilə yaxın bir dövr ərzində  işğal altındakı tarixi torpağını azad edən müzəffər Azərbaycan ordusu Cənubi Qafqazda ən qüdrətli, müasir, güclü  olduğunu dünyaya nümayiş etdirdi.

  Prezident İlham Əliyev paradda çıxışında demişdir: Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.

 Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk olunmaqla əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də iştirakı düşmənə və onun arxasında dayananlara bir mesaj oldu. Bu parad tək qalibiyyətimizi deyil, həm də milli qürurumuzu dünyaya nümayişi idi. Qürurverici məqam isə paradda qardaş Türkiyə hərbçilərinin də iştirakı idi. Bəli, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığı Vətən müharibəsində bir daha tarixi sınaqdan çıxdı. Türkiyə əsl qardaşlıq nümunəsi ortaya qoyaraq müharibənin ilk günündən Azərbaycanın yanında oldu, dövlətimizin haqq işini özünün milli marağı kimi birmənalı dəstəklədi.

  Zəfər paradı Azərbaycan-Türkiyə ittifaqının getdikcə daha da gücləndiyini bütün dünyaya bir daha göstərmiş oldu. Türkiyə və Azərbaycan prezidentləri yenə də yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Diqqəti çəkən əsas məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, məxsusi Zəfər paradı üçün Azərbaycana səfəri,  o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu.

 Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu. Zəfər paradı həm də 44 gün ərzində Azərbaycana hər cür mənəvi dəstək olan qardaş Turkiyənin, türk xalqının tarixində önəmli gündür. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanındakı çıxışında: “Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”-deyə söyləməsi qəlblərmizi bir daha qürurlandırdı, duyğulu anlar yaşatdı.

Vətən müharibəsinin şəhidlərinə ehtiram əlaməti olaraq, türk əsgərinin Azərbaycan əsgərləri ilə çiyin-çiyinə mətin addımlaması, təkcə Bakının yox, bütün Azərbaycan şəhərlərinin, kəndlərinin bayraqlarla bəzədilməsi qardaşlığımızın, birliyimizin ifadəsi, rəmzi oldu.

Döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi!  Zəfər paradı Vətən torpağının hər qarışı uğrunda qanı ilə tarix yazanların-şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şərəfinin, qürurunun, igidliyinin, mərdliyinin təqdimatı idi.Təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, İslam aləmi üçün əvəzolunmaz  hisslər yaşatdı.

Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, zəfərimizə mənəvi-siyasi dəstək göstərən, hər bir azərbaycanlı üçün əziz olan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti  Rəcəb Tayyib Ərdoğan ilə birgə iştirak etdiyi parad, Azərbaycan tarixində xüsusi əhəmiyyətli yer tutmaqdadır. Tarixdə daha əvvəl də paradlar mövcud olsa da öz əzəmətinə görə kifayət qədər yüksək səviyyədə idi. 27 il əsarət altında qalan əzəli torpaqlarımızın  azadlığını, haqqın zəfərini, tarixi ədalətin bərpasını, ən vacibi xalqımızın “məğlub xalq” sindromunun sonunu təmsil edirdi. Bu paradla Azərbaycan 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdiyi Zəfərini, bir daha və bu dəfə daha açıq şəkildə, daha gur səslə dünyaya elan etdi.

Qələbə paradında  Azərbaycan şahinləri də öz məharətini göstərdilər.  Bu tarixi parad hər bir vətəndaşda  böyük qürur hissi, ruh yüksəkliyi yaratdı.

   

Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.Paradda, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşmənin hərbi qənimətlərinin bir qismi, həmçinin 2000-dən çox nəqliyyat vasitəsindən ibarət hərbi texnika kompozisiyasının "Qarabağ Azərbaycanındır!" şüarı ilə nümayişi xüsusi maraq doğurdu. Bu tarixi hadisə xalqımızın birliyinin, ordumuzun qüdrətinin, əsgərimizin Vətənə sədaqətinin, ən gözəl nümunəsi idi. Zəfər paradı yüksək hisslərlə yaddaşlara əbədi həkk edilib.Xalqımızın yaddaşlarına əbədi həkk olunan Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Bu bir daha onu göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü  xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.Azərbaycan vətəndaşları əbədi olaraq tarixi və əzəli  torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar. Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.Bu gün Vətən torpaqlarında artıq üçrəngli  Azərbaycan  bayrağı dalğalanır ki, bu da olduqca qürurvericidir. Zəfər paradı ləyaqət simvolu, müstəqilliyimizin əbədiliyinin nümayişi, həm də xalqımızın Vətən sevgisinin sərgisi idi.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi