lider-media.az

İnam Kərimov Gürcüstandadır - FOTOLAR

Baxış: 18 Tarix: 9-12-2024, 20:03

İnam Kərimov Gürcüstandadır - FOTOLAR

Sonra Gürcüstan Ali Məhkəməsində görüş keçirilib. Görüşdə çıxış edən Nino Kadagidze  ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd edib. Bu səfərin məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyi diqqətə çatdırılıb. 

İnam Kərimov isə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirərək, qeyd edib ki, dövlətlərarası əlaqələrin yüksək səviyyəsi öz növbəsində məhkəmə-hüquq sahəsində də münasibətlərin inkişafına geniş imkanlar açır. Vurğulanıb ki, qarşılıqlı təcrübə mübadiləsi, sıx əməkdaşlıq ölkələrimiz arasında ədalət mühakiməsinin səmərəliliyinin artması baxımından olduqca əhəmiyyətlidir. Müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi qarşıda duran əsas hədəflərdir. Görüşdə Azərbaycan Ali Məhkəməsinin fəaliyyəti, məhkəmə hüquq islahatları barədə ətraflı məlumat verilib, ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Gürcüstan Ali Ədliyyə Şurasında yerli hakimlərlə görüş keçirilib. Görüşdə Azərbaycanın Məhkəmə-Hüquq Şurası tərəfindən görülən işlər diqqətə çatdırılıb. Səfər çərçivəsində həmçinin Gürcüstan Ali Ədliyyə Məktəbinin nümayəndələri ilə görüş keçirilib. 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi