lider-media.az

Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanları arasında təcrübə mübadiləsi genişlənir

Baxış: 154 Tarix: 9-12-2024, 17:18

Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası, Baş Prokurorluğu və Maliyyə Nazirliyinin rəhbər vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti cinayətkarlığa, xüsusilə də narkotiklərə qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

Dekabrın 9-da Baş prokurorun müavini Elmar Camalov nümayəndə heyəti ilə görüşərək bütün sahələrdə olduğu kimi ölkələrimizin dövlət orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Baş Prokurorluğunun Hüquqi statistika və hesablama Komitəsinin sədri Sabit Nurlıbay yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Qonaqlar Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Zəfər muzeyi ilə tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi