lider-media.az

Uşağın anadan olmasına və dəfnə görə birdəfəlik müavinətlər üçün banka yaxınlaşmağa ehtiyac qalmadı

Baxış: 364 Tarix: 9-12-2024, 16:54

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar “Kapital Bank”ın Birbank mobil tətbiqinə daxil olaraq əməliyyatlar hissəsində uşağın anadan olmasına və dəfnə görə onlara təyin edilmiş birdəfəlik müavinətləri görə biləcəklər.

Müavinətin məbləği, hansı növə aid olduğu barədə məlumatlar Birbank tətbiqində əks olunacaq. 

Həmin məbləği “Kapital Bank”dan nağdlaşdırmaq və ya Birbank tətbiqi ilə istənilən karta köçürərək də əldə etmək olar.

Birbank mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndəriləcək ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkün olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi