lider-media.az

Azərbaycandakı Türk Şəhidliklərinin bayraqları dəyişdirildi - FOTOLAR

Tarix: 9-12-2024, 10:37

Azərbaycandakı Türk Şəhidliklərinin bayraqları dəyişdirildi - FOTOLARTİKA prezidenti Serkan Kayalar Şamaxı və Gəncədə olubTürk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) prezidenti Serkan Kayalar Şamaxı və Gəncəyə səfər edib.Serkan Kayalar səfər çərçivəsində Şamaxı Türk Şəhidliyini ziyarət edib, Türkiyə və Azərbaycan bayraqlarını yeniləyib.  Ziyarət zamanı Qafqaz İslam Ordusunun müqəddəs şəhidlərinin ruhuna dualar oxunub.
Qeyd edək ki, TİKA və Azərbaycan Türkiyə Məzun İş Adamları və Aydınlar Platforması ilə birgə həyata keçirilən layihə ilə Azərbaycandakı Qafqaz İslam Ordusu Türk şəhid məzarlıqlarının köhnəlmiş bayraqları mütamadi dəyişdirilir.Layihə çərçivəsində Şəkinin Verezet kəndindəki Tək Şəhid Qəbiristanlığında TİKA-nın Bakı ofisi və Türkiyə Məzunu gəncləri tərəfindən bayraqlar dəyişdirilib. Türkiyənin Məzun İş Adamlarıvə Aydınlar Platformasının üzvləri tərəfindən Azərbaycanın digər bölgələrindəki türk şəhid məzarlıqlarında bayraqların dəyişdirilməsi davam edir.
Azərbaycana səfərinin ikinci günündə Gəncə şəhərinə səfər edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Serkan Kayalar TİKA-nın Gəncə Tibb Kollecinin nəzdində yaratdığı Gənclik Mərkəzinin açılışını edib.
Açılışa TİKA prezidenti Serkan Kayalar, Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop, Gəncənin icra başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Azərbaycanda ilk sağlamlıq peşə məktəbi Orta Asiya və Qafqaz şöbəsinin müdiri Əli Özgün, Gəncə Tibb Kollecinin müdiri Mehman Rızayev və TİKA-nın Bakı koordinatoru Hayrettin Özçelik qatılıblar.
Açılışdan sonra Gənclər Mərkəzində kollecin tələbələrinin ifasında vətənpərvər mahnılar səsləndirilib, rəqs kompozisiyaları ifa edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi