lider-media.az

Şəhid Həsənov İlqar Nadir oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub

Baxış: 214 Tarix: 9-12-2024, 10:34

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələr ilə birgə 44 günlük Vətən Müharibəsinin qəhrəman şəhidlərindən Həsənov İlqar Nadir oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.
 Şəhid ailəsinin evində olan rəsmilər onlara dərin hüznlə baş sağlığı verib, İlqar kimi torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsinin bütün Azərbaycan xalqı üçün əziz olduğunu, memarları olduğu Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığınını vurğulayıblar.
 Beyləqan RİH başçısı Əziz Əzizov şəhid İlqarın ailə üzvlərinin timsalında bütün şəhid ailələrinin və qazilərin dövlətimizin başçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, onların problem və qayğılarının həll olunmasının başlıca prioriteti olduğunu diqqətə çatdırıb.İcra başçısı şəhid İlqar Həsənova, eləcə də bir müddət əvvəl vəfat etmiş atası Nadir Həsənova rəhmət diləmiş, ailəsinə başsağlığı vermişdir.
 Şəhidin ailə üzvləri şəhidin keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən və döyüş xatirələrindən danışıb, eləcə də onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Şəhid Həsənov İlqar Nadir oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi