lider-media.az

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl fidanlar” ağacəkmə aksiyası keçirilib

Baxış: 234 Tarix: 9-12-2024, 10:13

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində könüllülər Qobustanda keçirilən “Yaşıl fidanlar” ağacəkmə aksiyasında ağac əkib.Aksiya zamanı könüllülərin iştirakı ilə Qobustan rayonunun meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 800 ağac əkilib.Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi