lider-media.az

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

Tarix: 7-12-2024, 15:54

Bakıda yerli və qardaş Türkiyədən olan təcrübəli həkim heyətinin iştirakı ilə Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konqresin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisi vəzifəsini icra edən polkovnik Anar İsmayılov çıxış edərək konqresin həkimlərimizin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyindən əmin olduğunu bildirib.

Qeyd olunub ki, keçirilən konqresin əsas məqsədi revmatoloqların davamlı təhsili, yeni diaqnostik və müalicə üsullarına yiyələnmək, elmi tədqiqatlara dəstək olmaq, eləcə də xarici həmkarlarla elmi-praktik əlaqələrin qurulmasıdır. Bakıda keçirilən konqresin Azərbaycanda revmatologiyanın inkişafına yeni təkan verəcəyi xüsusi vurğulanıb.

Konqresdə “Böyük damar vaskulitləri”, “PAN+DADA-2 sindromu”, “Makrofaq Aktivasiya Sindromu”, “Avaskulyar nekroz”, “Bahçet xəstəliyi, ağırlaşmalar və müalicə prinsipləri” və digər mövzularda çıxışlar dinlənilib, suallar cavablandırılıb.

Qeyd edək ki, ümumilikdə 250-dən çox yerli və xarici qonağın iştirak etdiyi Azərbaycan Milli Revmatoloji Konqresinin Təşkilat Komitəsinin sədri, Azərbaycan Revmatoloqlar İctimai Birliyinin üzvü, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının revmatologiya bölməsinin baş ordinatoru tibb xidməti mayoru Məğrur Məmmədovdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi