lider-media.az

Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb

Tarix: 7-12-2024, 14:44

Bildiyimiz kimi, Respublika Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli, 852 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında 7.4.6. “Hərəkət (mobillik) planlarının tərtib edilməsi” yarımbəndi, 7.4.6.1. “Ölkənin hər bir şəhəri üçün küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması və təsdiq edilməsi”, 7.4.6.2. “Balansında 10 və ya daha çox avtonəqliyyat vasitəsi olan, habelə 20 və ya daha çox (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə - 5 və ya daha çox) avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş parklanma yeri olan dövlət orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslərin faktiki fəaliyyət göstərdiyi yer üzrə “Şəhərdaxili hərəkət (mobillik) planı”na uyğun “Xüsusi hərəkət (mobillik) planı”nın hazırlanması” altbəndləri öz əksini tapmışdır.

Dövlət Proqramının 7.4.6 “Hərəkət (mobillik) planlarının tərtib edilməsi” yarımbəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli, 25 nömrəli Qərarı ilə “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” təsdiq edilmiş və Planın hazırlanmasında layihəçi qismində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq tövsiyə edilmişdir.Dekabrın 6-da qeyd edilən məsələlərlə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında Müqavilə imzalanıb.Sözügedən müqaviləni Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev imzalayıblar.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi