lider-media.az

Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub

Baxış: 336 Tarix: 6-12-2024, 18:28

Dekabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə olub.
 

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, əvvəlcə Natiq Qasımovun məktəbin foyesindəki xatirə lövhəsinə baxış keçirilib, qəhrəmanımızın əziz xatirəsi ehtiramla yad edilib.
 

Sonra təhsil ocağının ümumi fəaliyyəti və əldə etdiyi uğurlar barədə məlumat verilib. Bildirilib ki, Natiq Qasımovun təhsil aldığı bu məktəbdə hazırda 1345 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 80 müəllim məşğul olur.
 
Emin Əmrullayev təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və tədris prosesini izləyib, həmçinin məktəbin pedaqoji heyəti ilə görüşüb. 
 

Daha sonra “Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adının verilməsi barədə” qərara uyğun olaraq, yaxın zamanda müvafiq işlərin görülməsi məsələləri müzakirə edilib.
 

Qeyd edək ki, noyabrın 29-da Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adı verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi