lider-media.az

Şəhid Talıbov Talıb Azay oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub

Baxış: 275 Tarix: 6-12-2024, 16:53

Bu gün daha bir şəhidimiz, Talıbov Talıb Azay oğlunun ailəsi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri tərəfindən Birinci Şahsevən kəndində ziyarət olunub.
 Ziyarət zamanı Gizir Şəhid Talıbov Talıb Azay oğlunun xatirəsi hörmət və ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi igidliklər və vətənpərvərliyindən danışılıb.
Beyləqan RİH başçısı Əziz Əzizov Şəhid Talıbın vətənpərvərliyinin və mübarizliyinin gələcək nəsillər üçün örnək olaraq yaddaşlarda qalacağını, ondan yadigar qalan ailə üzvlərinin dövlətimizin tərəfindən daim diqqət və qayğı ilə əhatə olunacağını bildirib.
 Qeyd edək ki, Talıb Talıbov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuş və "çavuş" rütbəsiylə hərbi xidmətinə davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Talıb Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
 Azərbaycanın qələbəsi ilə sona çatan Vətən müharibəsi bitdikdən sonra Talıb Talıbov xidmətini Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir. Talıb Talıbov 6 dekabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində xidmət edərkən şəhid olmuşdur. Doğulduğu Beyləqan rayonunda dəfn olunmuşdur.
 Şəhid Talıbov Talıb Azay oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub.
Şəhid Talıbov Talıb Azay oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub.
Şəhid Talıbov Talıb Azay oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub.
Şəhid Talıbov Talıb Azay oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi