lider-media.az

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi ilə əməkdaşlıq görüşü keçirilib

Baxış: 115 Tarix: 6-12-2024, 16:38

Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ADMİU-nun rəhbərliyi və kollektivi, eləcə də məktəbin rəhbər və müəllim heyəti iştirak edib. Görüşdə ADMİU tələbələrinin istehsalat təcrübəsi üçün məktəbdə xüsusi proqramların təşkili, caz musiqisinin tədrisinin təkmilləşdirilməsi və bu sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.Bundan əlavə, universitetin təcrübəli müəllimləri tərəfindən məktəb şagirdləri üçün ustad dərslərinin təşkili, məktəb müəllimlərinin ixtisas artırma təlimlərinə cəlb edilməsi, həmçinin tədris proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Tərəflər arasında yaradıcı dərslərin keçirilməsi və tədris sahəsində əməkdaşlığın gücləndirilməsi qarşıya əsas məqsəd kimi qoyulub.Bu əməkdaşlığın Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi