lider-media.az

Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...

Baxış: 304 Tarix: 5-12-2024, 12:55

Onların arasında bu yerləri gənc ikən tərk edib, indi ahıllaşıb qayıdanı da var, adını babasından, nənəsindən eşitdiyi şəhərə ilk dəfə qədəm qoyanı da... Biri keçmiş günlərin xatirəsini yada salıb duyğulanır, biri də yeni başlanan həyatın üzünə sevinclə gülümsəyir. Yenidən tikilən Cəbrayıl şəhəri öz sakinlərinin növbəti qrupunu qəbul edir. Xeyirli, uğurlu olsun!.. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl şəhərinə qayıdışa həsr olunmuş videoreportajı təqdim edir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi