lider-media.az

“ASAN xidmət”in könüllülərinin sayının 40 mini ötməsi gənclərin bu sahəyə artan marağını göstərir

Baxış: 13 Tarix: 5-12-2024, 11:50


Bu il keçiriləcək “Könüllülük Həftəsi” çərçivəsində ölkənin bir çox şəhər və rayonlarında 20 mindən çox könüllü birləşərək bir sıra ekoloji aksiyalar, sosial təşəbbüslər və maarifləndirici tədbirlər təşkil edəcək. Bu tədbirlər həm təbiətin qorunması, həm də ictimai rifahın artırılması baxımından əhəmiyyətli rol oynayacaq.

Lider-media.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Əsli İbrahimli “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” çərçivəsində dekabrın 5-də keçirilən mətbuat konfransında söyləyib.

Ə.İbrahimli qeyd edib ki, könüllülük fəaliyyəti ölkəmizdə sosial həmrəyliyi və ictimai fəallığı gücləndirən əsas vasitələrdən biridir: “ASAN xidmət” artıq 40 mininci könüllüsünü qəbul edib. Bu nailiyyət ölkəmizdə könüllülük hərəkatının miqyasının və gənclərin bu sahəyə olan marağının getdikcə artdığını göstərir. Könüllülər tərəfindən həyata keçirilən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə böyük maraq doğurur və Azərbaycanın sosial innovasiya sahəsində əldə etdiyi uğurları bir daha təsdiqləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi