lider-media.az

“Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub

Baxış: 49 Tarix: 5-12-2024, 12:20

Tədbirdə açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə bu sənayenin imkanları barədə danışıb və “G-HUB” təşəbbüsünün bu istiqamətdə atılan mühüm addım olduğunu diqqətə çatdırıb. Sammitdə oyun sənayesinin yerli və xarici mütəxəssisləri “G-HUB” platforması, “Epic Games” rəqəmsal alətləri, “Local Game Jam” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonra tədbir islam ölkələrində oyun sənayesinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan panel müzakirəsi ilə davam edib. Sammitin iştirakçıları arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri, dünyada oyun sənayesinin aparıcı şirkətləri olan “Epic Games”, “Xsolla”, həmçinin “Gamesummit” və “Turan Masters” kimi yerli şirkətlərin nümayəndələrinin iştirakı “G-HUB” sammitinin ekosistem üçün əhəmiyyətini önə çıxarıb.

Tədbirin sonunda “Turan Masters” şirkətinin fəaliyyəti haqqında iştirakçılara məlumat verilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi