lider-media.az

Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən

Baxış: 133 Tarix: 5-12-2024, 12:17

Səxavət Ələmdar oğlu Məhərrəmov 1973-cü ilin dekabr ayının 5-də Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində dünyaya göz açmışdır. 1988-ci ildə daşnakların mənfur siyasəti nəticəsində Səxavət də öz el-obasından didərgin düşmüşdür. Doğma kəndlərindən ayrılanda o, doqquzuncu si­nifdə oxuyurdu. Ailələri bir müddət Gürcüstanda yaşamış, oradan da Bakının Lökbatan qəsəbəsinə köçmüşdür. 1990-cı ildə qəsəbədə 106 saylı orta məktəbi bitirdikdən sonra, 1 saylı Təmir-Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır.Azərbaycanda Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından idi. Üstəlik, onun musiqiyə, şerə həvəsi çox güclü idi. Özü də şeir yazırdı.S.Məhərrəmov 1991-ci ilin noyabr ayında könüllü olaraq hərbi xidmətə başlayır. Əvvəlcə Daxili Qoşunlarda, sonra isə təzəcə yaranan Milli Ordu sıralarında. Qorxmazlığı, igidliyi ona döyüşçü dostları arasında böyük hörmət qazandırmışdı. Bir sıra hərbi əməliyyatlarda fəal iştirak etmiş, rəşadət nümunəsi göstərmişdi.

1992-ci ilin iyun ayının 27-də Ağdərənin strateji əhəmiyyətli Möhrətağ kəndi dəfələrlə əldən-ələ keçmişdi. Kənd uğrunda qızğın döyüş gedən vaxt Səxavət tez-tez yerini dəyişir, düşmən mövqelərinə dağıdıcı zərbələr endirirdi. Nəhayət, ermənilər əllərində olan zirehli maşını da itirdikdən sonra kəndi tərk etməyə məcbur oldular. Bu döyüşdə Səxavət erməni yaraqlılarını məhv edir və özü də qəhrəmanlıqla şəhid olur.Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.Subay idi.S.Məhərrəmov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbə Qəhrəmanın adı verilib. Məktəbin dəhlizində S.Məhərrəmovun büstü qoyulmuşdur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi