lider-media.az

FHN-in birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək Fövqəladə Hallar

Baxış: 405 Tarix: 4-12-2024, 16:05

Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə 14 dekabr 2024-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçiriləcək.Tədbirin keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, bu sahədə tətbiq edilən müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsidir.

Zirvədə 15-dək spiker və moderatorun çıxışı, 400-dən çox dövlət və özəl müəssisənin məsul şəxsləri, o cümlədən dövlət qurumlarının rəsmiləri, icraçı direktorlar, şirkət nümayəndələri və iş adamlarının iştirakı nəzərdə tutulub.

Tədbir barədə daha ətraflı məlumatla və iştirak qaydaları ilə Sənaye Təhlükəsizliyi Zirvəsinin rəsmi internet səhifəsinə keçid etməklə tanış olmaq mümkündür: https:/stz.az.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi