lider-media.az

Kolleclərdə keçirilən monitorinqlərlə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi məlumatı

Baxış: 300 Tarix: 4-12-2024, 13:42

Agentlikdən verilən məlumatda bildirilib ki, 14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib.
Yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib.
Qeyd edək ki, Agentlik tərəfindən orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən tədbirlər davam edəcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi