Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.