lider-media.az

“ Azərbaycan təhsil sistemi milli maraqları qoruyaraq qlobal səviyyədə rəqabətə davamlı bir modelə çevrilməlidir” - EKSPERT

Tarix: 3-12-2024, 23:36

 

“Azərbaycan təhsil sistemi milli kimliyi qoruyan və gələcəyin intellektual əsaslarını yaradan strateji bir sahədir. Təhsilin inkişafı yalnız bilik ötürməklə məhdudlaşmır; o, eyni zamanda cəmiyyətin sosial və mənəvi dəyərlərinin möhkəmləndirilməsi, ölkənin qlobal rəqabət qabiliyyətinin artırılması üçün təməl rol oynayır. Hazırkı dövrdə milli təhsil sistemi müxtəlif çağırışlarla üzləşir, bu isə onun yenidən qurulmasını və gücləndirilməsini zəruri edir”. 

Lider-media.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. 

“Milli təhsil sisteminin əsas məqsədi xalqın sosial və mənəvi kodlarını qorumaq, onları gələcək nəsillərə ötürməkdir. Təhsilin xarici təsirlərə tamamilə bağlanması mümkün deyil və lazımi deyil, lakin bu təsirlər milli kimliyə zərər verməməlidir. Təhsil sistemi elə qurulmalıdır ki, Azərbaycan xalqının mədəni və tarixi dəyərləri qlobal trendlərlə uyğunlaşdırılaraq qorunsun və inkişaf etdirilsin.

Dünyada təhsil təkcə iqtisadi və texnoloji tərəqqinin deyil, həm də mədəni və siyasi təsirin əsas alətlərindən biridir. Dövlətlər təhsildən “yumşaq güc” vasitəsi kimi istifadə edərək, öz mədəni və siyasi maraqlarını həyata keçirirlər. Belə bir reallıqda Azərbaycanın təhsil sistemi yalnız daxili inkişaf məqsədlərinə deyil, həm də milli maraqların qorunmasına xidmət etməlidir.

Milli təhsil modelinin yenidən qurulması xalqın tarixi təcrübəsi, mədəni dəyərləri və müasir çağırışlara uyğunlaşdırılmalıdır. Təhsili yalnız texnoloji yeniliklər və qlobal trendlər əsasında qurmaq yetərli deyil; onun təməlində milli dəyərlər, milli maraqlar və sosial harmoniya dayanmalıdır. Azərbaycan təhsilinin gələcək prioritetləri xalqın son yüz illik təcrübəsindən qaynaqlanmalı və milli kimliyin qorunmasını təmin etməlidir.

Bilik və gücün birləşməsi hər bir dövlətin dayanıqlı inkişafını təmin edən əsas elementdir. Təhsil bu iki əsas faktorun vəhdətini yaradan mexanizmdir. Bu səbəbdən, təhsil siyasəti yalnız iqtisadi məqsədlərə deyil, həm də dövlətin strateji maraqlarına xidmət etməlidir. Təhsili qlobal rəqabət mühitinə inteqrasiya edərkən onun milli dəyərlər üzərində qurulmasına xüsusi diqqət yetirilməlidir.

Azərbaycan təhsil sistemi milli maraqları qoruyaraq qlobal səviyyədə rəqabətə davamlı bir modelə çevrilməlidir. Təhsil sahəsində hər bir yenilik bu əsas prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Təhsil gələcəyin ən mühüm təminatıdır və bu təminatı milli kimlik və qlobal rəqabətliliyin harmoniyası əsasında qurmaq hər birimizin ortaq məsuliyyətidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi