Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyən, minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də Şikar Şükür oğlu Şikarovdur.
3 dekabr 1953-cü ildə Bakı şəhərində doğulmuşdur. 1961-ci ildə 164 saylı orta məktəbə getmiş, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunmuşdur. 1975-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır. Şikar işləyə-işləyə təhsilini artırmağı da unutmamışdır.
Şikar 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyaya qəbul olunur. 1989-cu ildə Akademiyanı bitirərək, polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi göndərilir. O, eyni zamanda Almaniyada təkmilləşdirmə kursu da keçir.
1990-cı ildə 20 Yanvar hadisəsindən sonra Azərbaycana qayıdır. Şikar Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ilin fevral ayında isə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilir. Xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez sərhəd bölgələrində olur. Xocalı soyqırımı Şikarın ön cəbhəyə getmək arzusunu bir az da gücləndirdi. 1992-ci il mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırlayır və həmin əməliyyata bilavasitə rəhbərlik edir. Bu əməliyyatdan sonra rayonun bir sıra kəndləri düşmən tapdağından azad olunur. Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirir. Bu əməliyyat nəticəsində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edilir, ən başlıcası isə, Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyulur.
1992-ci il iyunun 13-ü… Həmin gün Ağdərədə vəziyyət yenidən pisləşmişdi. Ermənilər böyük qüvvə ilə hücuma keçmişdi. Qızğın döyüş gedirdi. Belə çətin anlarda kiçik bir səhv bütün görülən işləri yerə vura bilərdi. Şikar əməliyyat planı hazırladı. Batalyonu ayağa qaldırıb hücum əmri verdi. Düşmən təslim olmaq istəmirdi. Gərgin vəziyyət yaranmışdı. Bir qədər sonra ermənilər tutduqları mövqedən geri çəkilməyə başladı. Əsgərləri bu qələbə münasibətilə təbrik etmək üçün cəsur komandiri çox axtardılar. Lakin o, Vətən yolunda şəhidlik zirvəsinə yüksəlir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Uğurlu döyüş əməliyyatları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi. Qobustan rayonunun Sündü kənd tam orta məktəbi onun adını daşıyır.Şikar Şikarovun torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaət onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qısa ömür yaşasa da əziz xatirəsi xalqımızın qəlbində əbədi qalacaqdır.
Ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ömür yolu hamımıza örnəkdir.
Lider-Media.az


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb