Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə müxtəlif sahələr üzrə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrindən danışılıb, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmkarlar ittifaqları arasında münasibətlər müzakirə olunub.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin mühüm rolunu diqqətə çatdıran Konfederasiya sədri Füzuli rayonunda Mirzə Uluqbəy adına orta məktəbin inşa olunmasını Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə qardaş dəstəyi adlandırıb.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan Konfederasiya sədri Sahib Məmmədov üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlər və tətbiq olunan yeniliklər, həmçinin sanatoriya-kurort müəssisələri, onların iş prinsipi, göstərilən xidmətlər barədə Özbəkistan nümayəndələrinə məlumat verib.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyası yanında Sanatoriya-kurort idarəsinin rəisi Anvar Ahmedov ölkələrimizin və iki qardaş xalqın münasibətlərinin yüksək səviyyəsindən məmnunluqla bəhs edib.Anvar Ahmedov həmçinin rəhbərlik etdiyi sahənin fəaliyyətindən, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şəraitdən danışıb, azərbaycanlı həmkarları ilə apardıqları təcrübə mübadiləsinin gələcək fəaliyyət üçün faydalı olacağını diqqətə çatdırıb.Görüşdə həmçinin əlaqələrin inkişafına dair təkliflər səslənib, təşəbbüslər irəli sürülüb.Qeyd edək ki, Azərbaycana səfər çərçivəsində Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri Naftalan şəhərində də olub, icra hakimiyyətində görüş keçirib, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şəhər ərazisində yerləşən sanatoriya və obyektləri ilə tanış olublar.









ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb