
Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur.Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün nümunəyə çevrilirlər.
Azərbaycanın Milli Qəhrəmanı Ənvər Talış oğlu Arazov 1953-cü il dekabrın 2-də Gəncə şəhərində dünyaya göz açıb . Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirərək texniki peşə məktəbində təhsilini davam etdirir. O, ilk əmək fəaliyyətinə Gəncə Gil-Torpaq Kombinatında elektrik kimi başlayır. Ənvər bir müddət bu kombinatda işlədikdən sonra Gəncə Politexnik Texnikumunda təhsilini davam etdirir və 1974-cü ildə ordu sıralarına çağırılır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət edir. O, 3 il hərbi xidmət keçdikdən sonra yenidən doğma şəhərə – Gəncəyə qayıdır və “Büllur” zavodunda işləyə-işləyə texnikumda təhsilini davam etdirir. 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirərək, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlayır.
Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharibəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanır. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edir. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olur. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin edilir. Göstərdiyi şücaətlərə görə ona polkovnik rütbəsi verilir.
1988-ci il… Azğın erməni quldurlarının Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aramsız hücumları başlayır. Erməni yaraqlıları azərbaycanlılara qarşı təzyiqləri getdikcə gücləndirir, onları yurd-yuvalarından çıxmağa məcbur edirdilər. Ə.Arazov erməni quldurları ilə döyüşə girmək üçün Daxili İşlər orqanlarına daxil olur və ilk günlərdən silaha sarılır. Ağdərə döyüşlərində onun başçılıq etdiyi dəstə bir çox uğurlu əməliyyat keçirir, əsgərlərin mühasirədən çıxarılmasında böyük fədakarlıq göstərir.
2 noyabr 1992-ci il… Ənvər Arazovun son döyüşü… O, noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurlarına qarşı ağır döyüşə girir. Bu qeyri-bərabər döyüşdə Ənvər böyük rəşadət göstərir və qəhrəmancasına həlak olur. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunur. Bir oğlu, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Milli Qəhrəmanın döyüş yoldaşı Xəqani Cəfərovun sözlərinə görə, Ənvər Arazov döyüşkən, qorxmaz və əsl vətənpərvər insan olub. Hamıya öz doğması kimi yanaşırdı. Kimin nəyə ehtiyacı varsa kömək etməyə çalışardı.
Oğlu Azər Arazov atası haqqında: “Hər bir azərbaycanlı kimi, Arazovlar ailəsində də sevinc yaşandı. Qələbə xəbəri, Ağdamın işğaldan azad olunması müjdəsi bu ailənin acısına qismən də olsa, məlhəm oldu. Atamın arzusu yerinə yetdi. Uğrunda şəhid olduğu Ağdam rayonu öz sahiblərinə qovuşdu”.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində yaşadığımız, Ənvər Arazovun həlak olduğu torpaq öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Vətən müharibəsində şanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.
Lider-Media.az

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Milli Qəhrəman Pəhlivan Fərzəliyevin doğum günüdür
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb