lider-media.az

Cəbrayıla qayıdan sakin: İllərdir xəyallarımda yaşatdığım yerlərə gedirəm

Tarix: 2-12-2024, 09:18

“Allah həsrətində olanların hamısına nəsib etsin. Çox sevinirik. Bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Hamıya belə xoş bir gün nəsib olsun, öz torpağına getsin. Bunlar əvəzolunmaz hisslərdir. İllərdir xəyallarımda yaşatdığım yerlərə gedirəm. Gəncliyimə, xatirələrimə gedirəm”.

Bu sözləri Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Pəri Xudiyeva söyləyib. O, bu illər ərzində müəllim işlədiyini, bundan sonrakı illəri də pedaqoji fəaliyyətlə keçirmək istədiyini qeyd edib.

“Ordan çıxanda cavan idim. İndi 65 yaşım var. 42 il məktəbdə müəllim işləmişəm, yenicə təqaüdə ayrılmışam. İndi gedirəm rayonumuzda istirahətimi davam etdirəm. Təki sağlıq, sülh, əmin-amanlıq olsun. İmkan olsa, yenə də işləməyə həvəsim, enerjim var. Qalan ömürümü orada keçirmək istəyirəm. Təki firavan yaşasın millətimiz”,- deyə sakin əlavə edib.P.Xudiyeva, həmçinin şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, Ali Baş Komandan İlham Əliyevə Böyük Qayıdışa - sülhə, quruculuğa, əmin-amalığa görə minnətdarlığını ifadə edib.

Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 34 ailə - 129 nəfər doğma yurduna köçürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi