lider-media.az

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib

Baxış: 207 Tarix: 1-12-2024, 15:03

0Dekabrın 1-də Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak edən 183 namizəddən 116-sı uğur qazanaraq növbəti mərhələdə iştirak şansı qazanıb. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar.

Qeyd edək ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Namizədlərin təqdim etməli olduğu sənədlərin siyahısı ilə https://www.justice.gov.az/categories/189  linkə keçid edərək tanış olmaq mümkündür.

Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 3 – 4 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299). 
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi