lider-media.az

Politoloq: “Ermənistan KTMT de-fakto çıxıb”

Tarix: 29-11-2024, 23:00

“Ermənistan Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi(KTMT) Təşkilatının növbəti sammitinə qatılmadı. 30 il ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəinki beynəlxalq müstəvidə, heç regional təşkilat kimi özünü doğrultmadı. Çünki, Rusiya bu təşkilata üzv ölkələrlə bərabərhüquqlu deyil, Moskvaya tabe etdirmək siyasəti apardı. Ona görə də üzv ölkələr təşkilatin inkişafında maraqlı olmadılar. Görüntü xatirinə bu təşkilatda qaldılar”. 

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Ümumiyyətlə, Yeni dünya siyasi nizamında bu təşkilata ehtiyac olmayacaq. KTMT Rusiya -Belarus  və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir. Bu iki üzv Rusiya Ukrayna müharibəsində neytralliq nümayiş etdirir. Ermənistana gəldikdə isə,  KTMT de-fakto fəaliyyətini dayandırıb. Gələn ildən de-yure bu təşkilatı tərk edə bilər. Artıq, Ermənistan üçün KTMT öz aktuallığını itirib. 

Rusiya rəhbərliyi KTMT müasir siyasi və hərbi çağırışlara cavab vermədiyinin fərqindədir. Qazaxıstan və Qırğızıstan daha çox Türk Birliyi çərçivəsində hərbi təşkilatda maraqlıdır və Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirir. Çünki Rusiya KTMT çərçivəsində bu iki ölkəni öz təsir dairəsində saxlamaq istəyir. 
Qeyd edim ki, Rusiya nüvə doktrinasında dəyişikliklər edərək nüvə çətirinin müttəfiq ölkələrə şamil edildiyini vurğulayıb. Təbii ki, bununla KTMT nüvə çətiri olduğunu Qərbə mesajıdır. Amma, bele bir proses KTMT inkişaf etdirməyəcək.

Təbii ki, Rusiya Ukrayna da qalib gələrsə, KTMT inkişaf etdirməyi, yeni üzvlər cəlb etməklə, NATO alternativ edə bilər. Hazırda isə, KTMT parçalanir və zəifləyib. Məhz Rusiya KTMT Ukrayna müharibəsində istifadə edə bilməməsi bu təşkilatin kağız üzərində fəaliyyət göstərdiyini nümayiş etdirdi.
Çünki, Rusiya Kursk uğrunda döyüşlərdə KTMT üzv ölkələrdən deyil, KTMT üzvü olmayan Şimali Koreyadan yardım alıb”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi