lider-media.az

Berlində Azərbaycan caz musiqisi təqdim olunub

Tarix: 29-11-2024, 15:16

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə noyabrın 27-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış caz musiqiçisi İsfar Sarabskinin rəhbərlik etdiyi kvartetin ifasında “Şimalda Xəzər küləyi: Azərbaycan cazı Berlində" adlı konsert proqramı təşkil olunub.

 

Konsertdə 400-dək qonaq, o cümlədən Almaniyanın dövlət qurumlarının təmsilçiləri, Bundestaq üzvləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda caz musiqisinin inkişafı barədə məlumat verib. Qeyd olunub ki, caz muğamı kimi tanınan Azərbaycan cazı 1950-ci illərdə Bakıda - əsrlər boyu müxtəlif mədəniyyətlərin və adət-ənənələrin görüş yeri olmuş şəhərdə yaranmış füsunkar üslubdur. Bu musiqi cazın improvizasiya azadlığını muğamın emosional sədaları ilə birləşdirir. Bu unikal vəhdət yenilik və ənənəni ustalıqla birləşdirən musiqi dili yaradır.

 

Xüsusi vurğulanıb ki, İsfar Sarabski bu ənənəni uğurla davam etdirir və özünəməxsus üslubu ilə ona yeni çalarlar qazandırır. Onun musiqisi təkcə keçmişə hörmət deyil, həm də yaradıcılıq və yeni səslərlə dolu gələcəyə cəsarətli baxışdır.İsfar muğamın mürəkkəb sədalarını cazın sonsuz imkanları ilə toxuyur, eyni zamanda valehedici və ruhlandırıcı unikal səs mənzərəsi yaradır.Sonra İsfar Sarabskinin kvarteti maraqlı konsert proqramı ilə çıxış edərək, rəngarəng əsərlər ifa edib. Kvartetin üzvlərinin - Bəhruz Zeynalın tarda, Makar Novikovun kontrabasda, Aleksandr Maşinim barabanda rəngarəng ifaları tamaşaçılara xoş ovqat yaşadıb, ayaqüstü alqışlarla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi