lider-media.az

FHN tərəfindən kiçikhəcmli gəmilərin istismarı ilə əlaqədar birgə nəzarət tədbirləri həyata keçirilib

Baxış: 151 Tarix: 29-11-2024, 11:56

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə birgə nəzarət tədbirləri həyata keçirib.

Nəzarət tədbirləri İmişli rayonu ərazisində yerləşən Sarısu ovçuluq təsərrüfatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirilib.

Tədbir zamanı ümumilikdə 15 qayıq saxlanılaraq texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.İstismar qaydalarının tələblərinə cavab verməyən 5 ədəd avarlı qayığın fəaliyyətinə qadağa qoyulub.Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, sözügedən gəmilərin təchizat avadanlıqlarının norma və tələbləri ilə bağlı bir daha maarifləndirilib.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi