lider-media.az

Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”

Baxış: 231 Tarix: 29-11-2024, 09:04

“Qan yaddaşı, əcdadlarımızın çağırışı deyilən bir çox vacib amil var. O əminlik, o doğma diyarlar, o doğma daşlar ora qayıdan hər bir soydaşımıza inamla, əzmlə yaşamaq üçün güc olacaq. Qanımız, canımız qədər əziz olan torpağa qədəm qoyduq. Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”, – bunu Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Quliyeva işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşərkən deyib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik. 

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi