lider-media.az

Xarici qonaq: “Azərbaycana aşiq oldum”

Baxış: 129 Tarix: 28-11-2024, 22:21

 
“3 həftədir ki, Azərbaycandayam. Buranın gözəlliyi məni valeh etdim. Geri qayıtmaq heç istəmirəm, lakin getməliyəm”. 

Bunu Lider-media.az-a açıqlamasında Kenyalı aktivist və QHT nümayəndəsi Natan Tvanya deyib. 

O, azərbaycanlıları çox bəyəndiyini bildirib:


”İlk gəldiyim gün gecə idi, ona görə də birbaşa otelə gedib yatdım. Növbəti gün səhər tezdən oyanıb şəhəri kəşf etməyə çıxdım. Həmin an sözün əsl mənasında şok keçirdim. Çünki şəhər o qədər gözəl və təmiz idi ki, bir anlıq yuxuda olduğumu sandım. Bakının hər köşəsində şəkil çəkdirmək istəyirəm. Bütün dost-tanışıma göstərib Azərbaycanın nə qədər gözəl olduğunu onlara çatdırmaq istəyirəm. Yaxşı ki, COP29 Azərbaycanda keçirildi və mənim təşkilatım mənə şərait yaratdı ki, gəlim buraları görüm və buradan bütün dünyaya öz səsimi eşitdirim. Bütün yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. İndi artıq getməliyəm, lakin tezliklə yenə gələcəm”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi