lider-media.az

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabadda müşavirə keçirilib

Baxış: 15 Tarix: 28-11-2024, 09:34

Lider-Media/az xverir ki,27 noyabr 2024-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin 2024-cü il üçün Əsas Tədbirlər planına uyğun olaraq Sabirabad Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin və Muğan Regional Mərkəzin əməkdaşlarının iştirakı ilə mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı metodiki görüş keçirilib.

Tədbirdə rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Həmçinin Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilən monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi