lider-media.az

Ölkə ərazisindəki əksər çaylarda sululuq artıb

Baxış: 201 Tarix: 27-11-2024, 11:26

Lider-Media.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, 27 noyabr saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinə yağan yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.
Belə ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 31 sm, Viləşçayda 23, Təngərüdçayda 21, Böyük Qafqazın ərazisindən axan Xarmidorçayda 28, Əyriçayda 27, Katexçayda 15, Qudiyalçayda 10, Qarasuçayda 8, Pirsaatçayda 3, Kiçik Qafqazın ərazisindən axan Gorançayda 3, Gəncəçayda, Əsrikçayda və Dəstəfurçayda 1, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bəsitçayda 13, Bərgüşadçayda 12, Oxçuçayda 11, Həkəriçayda 2, Tərtərçayda 1, Naxçıvan MR ərazisindən axan Gilançayda 3, Naxçıvançayda 2, Əlincəçay, Ordubadçay və Vənəndçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində 1, Qanıx çayında isə 6 sm artm qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi