lider-media.az

Sabirabadda “Yağlıvənd: faciədən zəfərə” adlı sənədli filmi nümayiş olunub

Baxış: 208 Tarix: 27-11-2024, 11:21

Lider-Media.az xəbər verir ki,Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən nümayişdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, filmin rejissoru və ssenari müəllifi Tağı Türk, mədəniyyət işçiləri, şahid ailələri, müharibə əlilləri və veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Nümayişin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək filmin tarixi əhəmiyyətindən, Qarabağ müharibəsi zamanı xalqımızın qəhrəmanlıq salnaməsindən bəhs edib və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik yad edilib.

Daha sonra filmin rejissoru film haqqında tamşaçılara məlumat verib, filmin nümayişində göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkür edib.Filmdə Qarabağ müharibəsi zamanı Yağlıvənd kəndində baş verən hadisələr və xalqımızın bu çətin günlərdə göstərdiyi igidlik, birlik nümunələri təsvir edilir.Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Yağlıvənd kəndində baş vermiş faciənin canlı şahidlərinin iştirakı ilə ərsəyə gələn film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək filmin ərsəyə gəlməsində əziyyəti olan şəxslərə və gələn qonaqlara təşəkkür edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi