lider-media.az

Sankt-Peterburqda “Öz Əllərinlə Xoşbəxtlik” adlı master klassi keçirildi

Baxış: 170 Tarix: 23-11-2024, 23:32

 

23 noyabr 2024-cü il tarixində Sankt-Peterburq şəhərinin 152 saylı orta məktəbində keçirilən ailə festivalı çərçivəsində “Öz əllərinlə xoşbəxtlik” adlı master klass təşkil edildi. Tədbir milli irsimizin tanıdılması və yaradıcılıq fəaliyyətinin təşviqi baxımından əlamətdar oldu.

Məktəbin ali dərəcəli ingilis dili müəlliməsi Fatma xanım Nəzirli milli ornamentimiz olan Buta haqqında iştirakçılara ətraflı məlumat verdi və bu mövzuda maraqlı bir master klass təqdim etdi. Tədbir həm böyüklərin, həm də şagirdlərin marağına səbəb oldu və böyük həvəs doğurdu.

Master klassda milli irsimizin incisi olan kəlağayı da nümayiş etdirildi. Kəlağayının gözəlliyi və simvolik mənası iştirakçıların diqqətini çəkdi və tədbiri milli mədəniyyətimizin zənginliyinin təcəssümünə çevirdi. Bu, bir növ Kələğayı festivalı çərçivəsində həyata keçirilən unikal bir təcrübə oldu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi