lider-media.az

COP29-da “Erkən Xəbərdarlıq Sistemi”nin əhəmiyyəti ilə bağlı tədbir təşkil edilib

Baxış: 26 Tarix: 23-11-2024, 08:29

Lider-Media.az xəbər verir ki,BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində "Dəyişən iqlim fonunda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə inteqrasiya olunmuş Erkən Xəbərdarlıq Sisteminin əhəmiyyəti" mövzusunda panel sessiyası təşkil olunub.Türkiyə Respublikasının Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin və Türkiyə Dövlət Meteorologiya Xidmətinin birgə təşkilatçılığı ilə Türkiyə pavilyonunda keçirilən tədbirdə TDT-yə üzv dövlətlər arasında meteorologiya üzrə mövcud əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov, Türkiyə Meteorologiya Xidmətinin baş direktoru Volkan Mutlu Coşkun, Ümumdünya Meteorologiya Təşkilatının baş katibinin müavini Ko Barrett və digər rəsmilər çıxış edərək bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verib, məqsəd və hədəflərin həyata keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

1


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi