lider-media.az

Biləsuvar rayonunda Ədliyyə İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Tarix: 22-11-2024, 17:21

Lider-Media.az xəbər verir ki,22 noyabr-Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev və ədliyyə işçiləri Ulu Öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini yad etdilər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Ədliyyə İşçilərinin Peşə bayramı münasibətilə Rayon Məhkəməsinin sədri Rəfayil Əliyevi və rayonda fəaliyyət göstərən bütün ədliyyə orqanlarının əməkdaşlarını təbrik edərək, çətin və şərəfli xidmətlərində uğurlar arzuladı.
Qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Gününün hər il dövlət səviyyəsində qeyd edilməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Ədliyyə Nazirliyində və məhkəmə sistemində çalışan hər bir ədliyyə işçisi, o cümlədən Biləsuvar rayon ədliyyə işçiləri və hakimlər göstərilən yüksək etimadı doğrultmaq, rayon əhalisinin hüquqlarını təmin etmək üçün daim bütün səylərini səfərbər edir.
İcra başçısı bir daha haqqın və ədalətin keşiyində dayanaraq, mənəvi saflığı, ədalətli olmağı, peşəkarlığı, vətəndaşlara qayğılı münasibəti ilə Azərbaycan Ədliyyəsinin nüfuzunu qoruyan, onun adını daim uca tutan Ədliyyə işçilərinə uğurlar arzuladı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi