lider-media.az

Gənclər Kitabxanasında “COP29-un gündəliyi” elektron resurslar bazası yaradılıb

Baxış: 150 Tarix: 22-11-2024, 11:01

Artıq 10 gündən çoxdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. COP29 çərçivəsində yüzlərlə görüşlər, əhəmiyyətli tədbir və müzakirələr keçirilib. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəsmi saytında “COP29-un gündəliyi” adlı bölmə yaradılıb.

Kitabxanadan verilən məlumata görə, bölmədə xronoloji ardıcılıqla COP29 çərçivəsində keçirilən görüşlərin, tədbirlərin internet məkanında olan keçidlər toplanıb. Tam mətnlərə əsaslanan bu keçidlərdən ibarət olan elektron resurslar bazasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-la əlaqədar keçirdiyi bütün görüşləri və çıxışları yer alıb. Kitabxananın rəsmi saytında yerləşdirilən resurslar bazasına https://ryl.az/activity/COP_gundelik əlavələrin davam etdirilməsi irəliləyən günlərdə də nəzərdə tutulur.

“COP29-un gündəliyi” ilə yanaşı, kitabxananın rəsmi saytında olan “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazası da öz fəaliyyətini davam etdirir. Bu bazada indiyədək 180-dən çox məqalənin tam mətni yerləşdirilib. “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazasına https://ryl.az/activity/yashil_dunya linkinə keçid etməklə baxmaq olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi