lider-media.az

Şanlı tarixə malik Azərbaycan ədliyyəsi

Tarix: 22-11-2024, 10:48

Cumhuriyyət tariximizin şanlı səhifələrindən biri olan Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq olunduğu 22 noyabr 1918-ci ildəki tarixi gün münasibəti ilə Ümummilli liderimiz Heydər Əliyev 11 noyabr 2000-ci il tarixdə hər il bu günün ədliyyə işçilərinin peşə bayramı gün kimi qeyd edilməsinə dair sərəncam imzalamış və bu sərəncam əsasında respublikamızda bu bayram yüksək səviyyədə keçirilir.

Azərbaycanda ədliyyə və məhkəmə orqanlarının xalqımızın müstəqillik uğrunda mübarizəsində onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları Azərbaycan Demokratik Respublikasının dövrünə təsadüf edir və məhz həmin zaman Azərbaycan Ədliyyəsinin əsası qoyulmuşdur. Şərqdə və müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün, 1918-ci ilin may ayının 28-də Ədliyyə Nazirliyi də təsis edilmiş və həmin ilin noyabr ayının 14-də “Azərbaycan Respublikasının Məhkəmə Palatası və Onun Əsasnaməsi”, noyabr ayının 22-də isə “Nazirliyin Əsasnaməsi” təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ötən dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib. İldən-ilə ölkəmizdə aparılan hüquqi islahatlarda  ədliyyə işçilərinin də fəal iştirak etməsi qürurverici hal olmaqla, fərəh hissi yaradır. Azərbaycan ədliyyəsinin uğurları Respublikamıza rəhbərliyinin bütün dövrlərində insan hüquqlarının təminatını ali məqsəd kimi önə çəkən ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Ulu öndərin bu yüksək etimadı ədliyyə və məhkəmə orqanlarının əməkdaşları tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmışdı.Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqəti ölkəmizin müstəqillik illərində də davam etmiş, hüquq sistemində inqilabi demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilmiş, ədliyyə işi müasir tələblərə uyğunlaşdırılmışdır.Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi daha da inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilmiş, o cümlədən ədliyyə orqanlarında qulluq keçmə haqda qanun, nazirliyin yeni əsasnaməsi qəbul edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmiş, ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında proqram xarakterli Fərmanlar imzalanmışdır.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə çevrilib, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib.Şəki Məhkəmə Kompleksinin açılışında dövlət başçısı cənab İlham Əliyev demişdir: “Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib”.

Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda məhkəmə orqanlarının nüfuzlu və müstəqil hakimiyyət qolu kimi təşəkkül tapması, ədalət mühakiməsinin reallaşdırılması zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın, obyektivliyin təmini və digər mühüm məsələlərin həlli ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Əminliklə söyləmək olar ki, inamla həyata keçirilən məhkəmə və ədliyyə islahatları respublikada qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın siyasi iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğala son qoyuldu.

 Bu gün tam əminliklə deyə bilərik ki, hələ illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xid­məti nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi döv­lət quruculuğu sahəsində əvəzsiz xid­mətlərinin şahidi olacaqlar.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi