lider-media.az

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Baxış: 198 Tarix: 22-11-2024, 09:12

Həkim Belabbas Mərakeşin audiovizual və kino sahəsində nailiyyətləri haqqında qısa məlumat verib, institutla Azərbaycanın təhsil müəssisələri arasında əməkdaşlığı təşviq etməyə hazır olduğunu qeyd edib.İnstitutun baş katibi Yusif Fərid isə Mərakeşin kino istehsalı üçün lazımi infrastruktura və kadrlara malik olduğunu vurğulayıb.Azərbaycan səfiri gələn ilin əvvəlində institutda Qarabağın işğal altında olduğu dövrü əks etdirən filmin təqdimat mərasiminin keçiriləcəyini bildirib. Səfir, həmçinin, Mərakeşdə Azərbaycana dair fotosərginin və Azərbaycan filmləri həftəsinin keçirilməsi fikrini alqışlayıb. Bildirib ki, Azərbaycanda da Mərakeş filmləri həftəsi təşkil ediləcək.

Görüşün sonunda səfir Nazim Səmədov institutun yayım zalları, çəkiliş studiyaları, montaj otaqları və texniki avadanlıq anbarları da daxil olmaqla müxtəlif bölmələrinə baş çəkib. Daha sonra o, tədris auditoriyalarından birində tələbələrlə görüşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi