lider-media.az

“TikTok” şirkətinin nümayəndə heyəti ilə ANAMA-da görüş keçirilib

Baxış: 223 Tarix: 21-11-2024, 14:33

Lider-Media.az xəbər verir ki,Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “TikTok” şirkətinin Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundovla görüş keçirib.Görüş zamanı nümayəndə heyətinə ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, ərazilərin nizamsız minalanması və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilib.Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində təbliğatın genişləndirilməsi, mövzu üzrə geniş auditoriyanın məlumatlandırılması məqsədilə “TikTok” şirkəti ilə əməkdaşlığın qurulması və bu istiqamətdə aktual məzmunların yaradılmas ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi