lider-media.az

Sahil Babayev:Sosial islahat paketi 3 milyona yaxın insanı əhatə edəcək

Baxış: 444 Tarix: 21-11-2024, 13:23

Qarabağa qayıdan insanlar arasında ixtisaslı kadrların hazırlanması bizim hədəfimizdir.Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.Nazir qeyd edib ki, bununla əlaqədar Elm və Təhsil Nazirliyi ilə birgə proqram hazırlanıb: "Dövlət başçımız tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda, sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə, pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək və bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək", - deyə S.Babayev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi