lider-media.az

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə “Su və Davamlı İnkişaf: İqlim çağırışlarına” mövzusunda panel sessiyası keçirilib.

Baxış: 306 Tarix: 20-11-2024, 15:21

Lider-Media.az tədbirdə qlobal iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri və bu istiqamətdə davamlı inkişafın təmin olunması məsələləri müzakirə olunub. Sessiyada Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Beynəlxalq Hidrogeoloqlar Assosiasiyasının (IAH/AIH) sədri və Nevada Universitetinin professoru David Kreamer, Rusiya Federal Su Ehtiyatları Agentliyinin sədri Dmitri Kirillov Mixayloviç və Şəhər Su və Kanalizasiya İnfrastrukturları Departamentinin direktoru İtai Saqi iştirak ediblər.
Müzakirələrdə qlobal temperaturun artması, yağıntı rejimlərinin dəyişməsi, ekstremal hava hadisələrinin tezliyi və onların su ehtiyatlarına təsiri kimi aktual məsələlərə toxunulub. Həmçinin, su resurslarının idarə olunmasında beynəlxalq əməkdaşlığın və müasir texnologiyaların tətbiqinin vacibliyi vurğulanıb. Tədbir, iqlim çağırışlarına qarşı dayanıqlı və innovativ həll yollarının axtarışı istiqamətində əhəmiyyətli platforma rolunu oynayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi